Azərbaycan iqtisadiyyatına ən çox hansı ölkələr sərmayə qoyub

Bu ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 2 milyard 298 milyon manatı (79,4 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 61,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,3 faizini əsaslı təmir, 9,4 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 80,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

DİGƏR XƏBƏRLƏR

Top