"Müğənnilər toylarda dilənirlər" - Vasif Məhərrəmli

"Müğənnilər var ki, toylarda dilənirlər. Heç kim deyə bilməz ki, Vasif toyda stollardan pul alıb". Yeniavaz.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli "5/5" verilişində deyib. O, aparıcı Zaur Kamalın toyda çox yığması ilə bağlı suallarına sərt cavab verib:

"Yeganə müğənniyəm ki, hər zaman kostyumlarımın cibi bağlı olub. Gözütox insanam. Ruzimi verən Allahdır. Sənətim, ailəm, atam, anam var. Allah mənə bu sənəti verib. Beşindən pis, 15-dən yaxşı oxuyuram.

İşləyirəm, toylara gedirəm və qazanıram. Küçədə 40-42 dərəcə isti var, amma iş başındayıq. Şabaş vermək artıq yoxdur. Bu yaxınlarda yahudi birinin toyunda oldum. Orada yığışıb qənaətə gəliblər ki, yığışdırılsın pul atılmasını".

DİGƏR XƏBƏRLƏR

Top