Çindən kondisioner idxalı 12 dəfə artıb: Qiymətləri aşağı düşüb...

Son 3 il ərzində Azərbaycana xaricdən gətirilən kondisionerlərin sayı 6,2 dəfə artıb. Yeniavaz.com Dövlət Statistika komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2015-ci il ərzində ölkəyə 15 857 ədəd kondisioner idxal olunubsa, ötən il bu göstərici 98 977 ədəd olub. 2016-cı ildə isə xaricdən gətirilən kondisionerlərin sayı 79 675 olub.

İdxal olunan kondisionerlərin qiymətində isə ucuzlaşma olub. Belə ki, 2015-ci ildə idxal edilən kondisionerlərin 1 ədədinin orta gömrük dəyəri 350 dollar olduğu halda, 2016-cı ildə 247 dollar, ötən il isə 243 dollar olub.

İdxalda ən yüksək artım isə Çindən gətirilən kondisionerlərdə müşahidə olunub. Əgər 2015-ci ildə Çindən 6 991 ədəd kondisioner idxal olunmuşdusa, ötən bu rəqəm 12 dəfə artıq - 82 986 ədəd olub. Çindən gətirilin kondisionerlərin gömrük dəyərində də artım qeydə alınıb. 2 il əvvəl Çindən idxal olunan kondisionerlərin gömrük dəyəri 152 dollar olduğu halda, ötən il 211 dollar olub.

Diqqət çəkən məqamlardan biri isə odur ki, 2015-ci ildə Azərbaycana ən çox Türkiyədən kondisioner idxal olunsa da, 2016 və 2017-ci illərdə Türkiyədən kondisioner idxal olunmayıb.

Ötən il Azərbaycana Çindən sonra ən çox Özbəkistandan (5344 ədəd), Taylanddan (5297 ədəd) və Malaziyadan ( 2527 ədəd) kondisionerlər gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top