Gürcüstanın xarici ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb

Bu ilin ilk yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 5 milyard 985,9 milyon dollar olub. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 24,5% çoxdur.

Bu dövürdə qonşu ölkədə ixracın həcmi 28,8% artaraq 1 milyard 593,6 milyon dollara, idxal isə 23% artaraq 4 milyard 392,3 milyon dollara yüksəlib.

Xarici ticarət dövriyyəsində 2 milyard 798,7 milyon dollarlıq mənfi saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 46,8% artıb.

DİGƏR XƏBƏRLƏR

Top