NATO ölkələrinin hərbi xərcləri - İNFOQRAFİKA

Bu gün Brüsseldə başlayan NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) ölkələri başçılarının zirvə toplantısından əvvəl ABŞ prezident Donald Tramp "Twitter" sosial şəbəkəsi vasitəsilə həmkarlarını tənqid edərək onları ölkələrinin müdafiə xərclərini artırmağa çağırıb. Yeniavaz.com xəbər verir ki, Tramp Berlini özünü Rusiya qazından asılı vəziyyətə saldığı üçün ciddi tənqid edib. ABŞ Prezidenti Almaniyanı NATO büdcəsinə əlavə töhfə verməyə dəvət edib.

Almaniyanın müdafiə naziri isə deyib ki, onlar 2025-ci ilədək hərbi xərcləri ÜDM-nin 1,5%-nə çatdıracaqlarına söz veriblər.

NATO tərəfindən açıqlanan son məlumatlar isə göstərir ki, hazırda müdafiə xərclərinə ən çox vəsait xərcləyən təşkilat üzvü ABŞ-dır. ABŞ-ın hərbi xərcləri ÜDM-nin 3,6%-nə bərabərdir ki, bu da digər NATO ölkələrindəki göstəricilərdən yüksəkdr.

ABŞ-dan sonra hərbi xərclərə ən çox vəsait ayıran ölkələr Yunanıstan, Böyük Britaniya və Estoniya hesab olunurlar. Hərbi xərclərə ən az vəsait ayıran ölkələr isə Lüksemburq, İspaniya və Belçikadır.

DİGƏR XƏBƏRLƏR

Top