"200 manatlıq əsginaslar bir çox yeniliklərə səbəb olacaq" - MÜSAHİBƏ

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun Yeniavaz.com saytına müsahibəsi.

- Artıq 200 manatlıq əsginaslar dövriyəyə buraxılıb. Bəs belə iri nominallı əsginaslar nağdsız hesablaşmalarla, nağdlı hesablaşmalar arasında fərq yaradacaqmı?

- Əvvəla nəzərə alaq ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əsginasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq. Nağdlı hesablaşmalarda məqsəd limitlərin müəyyənləşdirilməsidir. Nağdsız hesablaşmalar bütövlükdə şəffaflığın təmin edilməsi, eyni zamanda vergidən yayımanın qarşısının alınmasında əhəmiyyətli hesab oluna bilər. Hər bir ölkədə olduğu kimi, Azərbaycan da, nağdsız hesablaşmaların dəstəklənməsi və genişləndirilməsində maraqlıdır. Zaman keçdikcə nağdsız hesablaşmalar, nağdlı pul kütləsinə tələbin azalmasına gətirib çıxaracaq. Nağdsız hesablaşmaların inkişaf etdiyi ölkələrdə nağdlı hesablaşmaların çox az istifadə olunduğunu müşahidə edirik. Məsələn, Avropa, ABŞ-da nağdlı ödənişlərə tələb çox aşağıdır. Digər bəzi inkişaf etmiş ölkələrdə alıcı plastik kartla ödəniş edirsə, digər alıcılar çox qəribə yanaşırlar. Düşünürlər ki, bu qeyri-leqal olaraq yaşayır. Ən çox da əldə böyük məbləğdə pulun olmasını normal qarşılamırlar. Bir sıra inkişaf etmiş ölkələr nağdsız ödəmələri inkişaf etdirməklə yanaşı, nağdlı ödənişlərə də münasibəti xeyli dəyişib. Həmçinin, Avropa ölkələrində 500 avro olan valyuta var və istifadə olunur. Bizim ölkədə də 200 manatlıq əsginasların dövriyyə buraxılması əslində nağdsız hesablaşmaların gələcəkdə sürətləndirə bilər. Nəzərə alsaq ki, 200 manat əsginasın dövriyyə buraxılması birdən-birə nağdsız ödənişlərin artması deməkdir. Məsələ bundadır ki, bax belə böyük nominallı əsginasların dövriyyə buraxılması bir müddət ərzində vətəndaşlara problem yaradacaq.

- Dövriyyədə iri nominallı əsginasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına nə kimi təsirləri ola bilər?

- Əgər xatırlayırsınızsa, iri nominallı əsginasın dövriyyə buraxılması zamanı bazara böyük təsir edəcəyini bildirmişdim. Bəli, iri nominallı əsginasşarın bazara həm iqtisadi, həm psixoloji təsirləri vardır. Psixoloji təsiri necə olacaq? Psixoloji təsir odur ki, adətən sahibkarlar iri nominallı əsginaslardan istifadə etməyə çalışırlar. Sual yaranır ki, bəs hansı formada inflyasiya yarada bilər? Qiyməti nisbətən az olan məhsulların psixoloji olaraq qiymətinə təsirindən söhbət getmir. Burada daha çox qiyməti yüksək olan məhsulların qiymətinin artması müşahidə olunacaqdır. Məsələn, qiyməti 195 manata olan məhsul müəyyən müddətdən sonra 200 manata təklif olunacaq. Bu onunla izah olunur ki, əsasən qiymətlərin yuvarlaqlaşdırılmasına çalışırlar. Çox təəssüf ki, bizdə 200 manatdan 5-10 manat yuxarı olsaydı, qiymətlərin aşağı düşməsi yox, 200 manatdan az olan halda isə rəqəmlərin qalxıb 200 manat olması narahat edici problemdir. Adətən böyük nominasiyalı pullar bazara psixoloji təsir edir. Belə psixoloji təsirlər də ən sonda qiymətlərin artmasına gətririb çıxarır.

- Deyirsiniz ki, xarici ölkələrdə 500 avro kimi iri nominallı əsginaslar var. Azərbaycanda da 500 manatlıqlar buraxıla bilərmi?

- Bir müddət öncə, yəni, neftin qiymətinin yüksək olduğu dövrdə Mərkəzi Bank tərəfindən 200 və 500 manatlıqların dövriyyə buraxılması müzakirə olunurdu. Belə iri nominallı əskinasın buraxılmasının tərəfdarı olmadığımızı bildirdik. Müəyyən müddətdən sonra həm müzakirələrdə ictimai dəstəyin olmamaması, digər tərəfdən dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticədə bu məsələnin yubanmasına, arxa plana keçməsinə səbəb oldu. Əlbəttə, belə məsələlərdə Mərkəzi Bankın verdiyi qərarlar əsasdır. Birmənalı olaraq 500 manatlıq əsginasın dövriyyəyə buraxılmasının tərəfdarı deyiləm. Çünki biz depozitlərdə və nağd yığımlarda valyuta strukturuna diqqət yetirsək görərik ki, bu gün yenə də depozitlərin yetmiş faizindən çoxu ABŞ dolları ilə saxlanılır. Maraqlısı odur ki, evdə yığım kimi saxlanılan vəsaitlərin də böyük əksəriyyəti ABŞ dolları ilə saxlanılır. Hələlik manatdan yığım kimi istifadə az olunduğuna görə, 500 manatın dövriyyə buraxılmasına ehtiyac yoxdur. Qərar Mərkəzi bank tərəfindən verildiyi üçün praqnozlaşdırmaq da çətindir. Hətta deyə bilərəm ki, əslində mümkün deyil. İqtisadi baxımdan zəruri olub-olmadığını qiymətləndirsək, hal-hazırda yüksək nominallı valyutanının buraxılmasına zəmin yoxdur. İlk növbədə manata inamın geri qaytarılmasına ehtiyac var. Manata inam qayıtdıqdan sonra belə 500 manatlıqlara gərək yoxdur. Guman olunmur ki, gələcəkdə manat regional yığım kimi valyuta rolunu oynaya bilər. Regional yığım valyutası rolunu oynamaq kifayət qədər çətindir. Hətta rubl, türk lirəsi belə bunun öhtəsindən gələ bilmədi.

- Əsginaslarla bağlı ABŞ, Rusiya təcrübəsini nümunə olaraq göstərdiniz. Ümümiyyətlə, digər xarici ölkələrin təcrübəsi necədir?

- Avropa Birliyi belə iri nominallı əsginaslardan istifadə edir. Əvvəl bildiridiyimiz kimi, onlarda 200 və 500 avroluq əsginaslar dövriyyədə vardır. Ancaq Avropa Birliyində nağd əsginaslara tələbat azdır. Dünyada yığımların 24 faizi avronun payına düşür. Avropada 500 və 200 avroluq əsginaslar yalnız yığımı sitimullaşdırmaq üçün istifadə olunur. Avropa daxilində ödənişləri asanlaşdırmaq məqəsdi daşımır. Yığımların həcminin böyük olması, bir çox səbəblərə səbəb olur. Yığımların yetmiş faizə yaxını ABŞ dolları ilə aparılır. Amma ABŞ-ın bu gün ən böyük dövriyyədə olan nominalı yüz dollardır. Baxmayaraq ki, yığım kimi istifadə olunur. Dünyada hər yüz nominallı dəyərin yetmiş nominalı ABŞ dolları ilə saxlanılır. Buna rəğmən ABŞ həmin nominalı artırmaq barədə düşünmür. Mən düşünürəm ki, ölkəmiz bu məsələdə 500 avro əsginası olan Avrozona ilə müqayisə oluna bilməz. Digər ölkələrin təcrübəsi eləcə də Rusiyanın təcrübəsi göstərir ki, iri nominallı əsginasların buraxılması nəticədə inflyasiyanın yaranmasına gətirib çıxarır, istehlak bazarında qiymətləri artırır. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əsginas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əsginaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi (FED) iri nominallı əsginasları buraxmaqda maraqlı deyil.

- Bəs banklar bu məsələdə sui-istifadə edə bilərmi və ya vətəndaşlar üçün iri nominal valyuta problemə çevrilə bilərmi?

- Bankomatlarda 200 manatlıqların verilməsi ilə bağlı çətinlik törədən proseduraları işləməlidirlər. Yəni, proqramların dəyişilməsinə ehtiyac var. Banklar elə etməlidir ki, vətəndaş bankdan rahatlıqla 200 manat ala bilsin. Bu iri nominallı valyuta bankların sui-istifadəsinə gətirib çıxarmayacaq. Biz ümümiyyətlə istehlak bazarında əsginaslara olan tələbi qiymətləndirsək, praktik olaraq iri nominallı əsginaslara nisbətən xırda nominallı əsginaslara ehtiyyac var. Həm ölkədə orta aylıq əmək haqqını nəzərə alsaq, eləcə də istehlak bazarında alqı-satqı zamanı milli valyutadan istifadə zamanı hər birimizin qarşılaşdığımız odur ki, nisbətən iri nominallı əsginas verəndə xırda pulun geri qaytarılması ilə bağlı çətinlik olur. Böyük supermarketlərdən fərqli olaraq, kiçik marketlərdə iri pulun xırdalanması problemi olur. Ona görə də Mərkəzi bank iri nominallı valyuta deyil, nisbətən xırda nominallı pul problemini həll etməyə çalışmalıdır. Bildiyimiz kimi, Mərkəzi Bank pul dövriyyəsini tənzimləyir, iri və xırda nominallı əsginaslar onlardan keçir. Əgər istəyərsə, yüz manatlıq dövriyyəni məhdudlaşdıra, əvəzində bir və beş manatlıqların dövriyyəni artıra bilər. Bununla da kiçik əsginaslara olan təlabatı ödəmiş olar. Digər bir yolu da ondan ibaətdir ki, Mərkəzi Bank dövriyyəyə kiçik, amma fərqli nominallı əsginaslar buraxsın. Bu iki və üç manat ola bilər. Xırda nominallı əsginaslara tələb yüksək olduğu üçün Mərkəzi Bank bu problemi ilk öncə həll etməlidir.

- Son vaxtlar əhali arasında devalvasiya mövzusu yenidən gündəmə gəlib. Həqiqətən, belə bir risk varmı?

- Devalivasiya iki faktorla daha çox bağlıdır: neftin dünya bazarında qiyməti və eyni zmanda bizim qeyri-neft sektorunda xarici tərəfdaşlarımızın milli valyutasını necə dəyişməsi... İkinci isə Rusiya və Türkiyənin milli valyutasını necə dəyişməsi bizim üçün əhəmiyyətlidir. Bizim üçün ən əhəmiyyətli olan isə Rusiyada rublun məzənnəsinin necə dəyişməsidir. Çünki bir tərəfdən ümümi neft ixracatının 36%-i Rusiyanın payına düşür. Digər bir tərəfdən Azərbaycanın aqrar məhsullarının 90%-i Rusiya bazarına gedir. Əgər Rusiyada rublun məzənnəsi dəyişərsə, daha dəqiq desək, rubl dəyərini itirərsə, manatın məzənnəsini də ona uyğunlaşdırmağa ehtiyac olacaq. Əks halda bizim neft ixracatımızda çətinliklər ola bilər. Hələlik rublun məzənnəsi stabildir. Hazırda neftin qiyməti yüksəkdir. Manatın bazar dəyərini almasını demək çətindir. Həmçinin, manatın real mənada üzən məzənnəsini müəyyənləşdirilməsinə ehtiyac var. Guman edirəm ki, Mərkəzi Bank manatın bazar məzənnəsinin alınmasına çalışmalıdır. Görünən tendensiya odur ki, Mərkəzi bank manatın möhkəmlənməsində maraqlı deyil. Çünki neftin qiymətini dünya bazarında proqnazlaşdırmaq çətindir.

DİGƏR XƏBƏRLƏR

Top