8 yaşlı dahi universitetə qəbul olub

Belçikada 6 illik orta təhsili il yarıma tamamlayan 8 yaşlı Loren Simons təhsilini universitetdə davam edəcək. Yeniavaz.com xəbər verir ki, Lorenin valideynlərinin sözlərinə görə 8 yaşlı dahinin İQ səviyyəsi 145-dir.

Belçikanın RTBF radiosuna açıqlama verən Simons ən sevdiyi fənnin riyaziyyat olduğunu deyib: "Əvvəlcə həkim və ya astronom olmaq istəyirdim amma indi kompyuter sahəsindəki peşələrlə maraqlanıram"..

Lorenin atası oğlunun digər həmyaşıdları ilə və oyuncaqlarla oynamadığını deyib: “Əgər Loren sabah dülgər olmaq istəsə, xoşbəxt olduğu müddətdə bu bizim üçün problem deyil”.

DİGƏR XƏBƏRLƏR

Top