MDB-də teatrların sayı yalnız Azərbaycanda azalıb - CƏDVƏL

Son 10 il ərzində (2007-2016-cı illər) Azərbaycanda peşəkar teatrların sayı 31-dan 28-ə düşüb. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, Müstəqil Dövlətlər Birliyinə üzv olan region ölkələrinin heç birində bu cür azalma qeydə alınmayıb. 2007-2016-cı illər ərzində peşəkar teatrlarn sayı Belarusda dəyişməz qalıb. 2007-ci ildə olduğu kimi 2016-cı ildə də Belarusda 28 peşəkar teatr fəaliyyət göstərib. Ermənistanda isə teatrların sayında artım qeydə alınıb. 10 il əvvəl bu ölkədə 25 teatr fəaliyyət göstərdiyi halda 2016-cı ildə bu rəqəm 28 olub.

Digət bir MDB ölkəsi Qazaxıstanda da teatrların sayı artıb. 10 il ərzində Qazaxıstanda teatrların sayı 55-dən 64-ə yüksəlib. Qırğızıstanda 2007-2016-cı illərdə 3 yeni teatr fəaliyyətə başlayıb. Belə ki, 2007-ci ildə bu ölkədə 17 teatr olduğu halda 2016-cı ildə onların sayı 20-yə çatıb. Moldovada peşəkar teatrların sayı 14-dən 16-ya, Rusiyada 601-dən 665-ə, Tacikistanda isə 16-dan 17-yə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top