Marixuananın ən ucuz və ən baha olduğu şəhərlər - QİYMƏTLƏR

BMT-nin açıqladığı sonuncu hesabata görə dünyada marixuanadan istifadə edən insanların sayı 200 milyon nəfəri keçib. Yeniavaz.com xəbər verir ki, narkotik maddə hesab edilən marixuana çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir.

Tibbi ədəbiyyatlarda qeyd olunur ki, marixuanadan istifadə zamanı insan xoş bir rahatlıq hiss edir. Bu maddədən istifadə avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin səs və ya rəng hissləri kəskinləşə bilsə də, düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Əgər doza çox yüksək olarsa insanda paranoya, eyforiya, yuxu istəyi, gülmə krizi, susuzluq, yaddaş itkisi, tüpürcək quruması və azalması, zamanın yavaş keçməsi, şirin qida istəyi və s. hallar baş verir. İngiltərədə edilən son işlər marixuana istifadəsi ilə şizofreniyadakı artım arasında bir əlaqə olduğunu ortaya çıxarıb.

1970-2014-cü illər arasında Hollandiya dünyada yeganə ölkə olub ki, bu ölkədə marixuanadan istifadə bəzi məhdudiyyətlər olsa da sərbəst olub. Həmin məhdudiyyətlərin bəziləri bunlardır: Bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə bilər; Bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər; Bu kafelərin heç birində 18 yaşını doldurmamış kimsəyə xidmət göstərilə bilməz;

2014-cü ildən başlayaraq ABŞ-ın Kolorado əyalətində də aşağı miqdarda marixuana satışına icazə verilib. BMT-nin açıqladığı hesabatda qeyd olunur ki, marixuana satışına tətbiq edilən vergi nəticəsində Koloradoda büdcəyə hər il 250 milyon dollar vəsait daxil olur.

Hazırda 20-dən çox ölkədə marixuana satışı və istifadəsi sərbəstdir. ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-Rika, Xorvatiya, Çexiya, Ekvator, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi ölkələrdə marixuanadan istifadə sərbəstdir.

Yeniavaz.com statist.com-un açıladığı məlumata istinadən bildirir ki, hazırda dünyada marixuananın ən baha satıldığı şəhər Tokio (Yaponiya) hesab olunur. Tokio şəhərində marixuananın 1 qramı 32,6 dollara satılır və Yaponiyada bu maddədən istifadə qadağandır. Marixuananın ən ucuz olduğu şəhər isə Ekvadorun paytaxtı Kito hesab olunur. Marixuananın qismən sərbəst olduğu bu şəhərdə 1 qram maddənin qiyməti cəmi 1,3 dollara bərabərdir.

Bunlardan başqa Cakartada (İndoneziya) 1 qram marixuana 3,8 dollara, Yohannesburqda da (CAR) 4 dollara, Astanada (Qazaxıstan) 4,2 dollara, Yeni Dehlidə (Hindistan) 4,4 dollara, Osloda (Norveç) 19 dollara, Pekində (Çin) 20,5 dollara, Dublində (İrlandiya) 21,6 dollara, Honq-Konqda isə 27,5 dollara satılır.

DİGƏR XƏBƏRLƏR

Top