Ərdoğanın qələbəsi İsrail parlamentində mübahisəyə səbəb olub

İsrail parlamentinin (Knesset) bu gün baş tutan iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə yəhudi və fələstinli deputatlar arasında mübahisə yaranıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, fələstinli deputat Talib Əbu Ərar parlamentdə çıxışı zamanı R.T.Ərdoğanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib: “Türkiyə xalqını və Ərdoğan böyük uğur əldə edib. Kin bəsləyənlərə baxmayaraq onu təbrik edirəm. Allaha həmd olsun ki, Türkiyə müstəqil və suveren ölkədir. Mübarək olsun”.

Daha bir fələstinli millət vəkili Əbdülhakim Hav Yəhya da Ərdoğanı təbrik edib. Ərəb deputatların çıxışı yəhudi millət vəkillərinin etirazına səbəb olub, onlar hətta fələstinli həmkarlarının çıxışına mane olmağa çalışıblar.

Qeyd edək ki, fələstinlilər Knessetdə 13 deputatla təmsil olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top