Ərdoğan iyulun 8-də and içəcək

Türkiyədə keçirilən prezident seçkisində qalib gələn Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iyulun 8-də and içəcək. “Haber7” xəbər verir ki, andiçmədən sonra o, dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayacaq.

Həmin gün Türkiyə Böyük Millət Məclisində yeni deputatların andiçmə mərasimi də olacaq.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident seçkisində R.T.Ərdoğan qalib gəlib. O, 52,55 faiz səs toplayıb.(Report)

DİGƏR XƏBƏRLƏR

Top