İnce: Hörmətli Ərdoğan, xahiş edirəm...

“Seçkilərin nəticələrini qəbul edirəm”. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) Türkiyə prezidentliyinə namizədi olmuş Muharrem İnce deyib. Onun sözlərinə görə, seçkilərin gedişatını məntəqələrdə izləyən CHP-nin müşahidəçilərin tərtib etdiyi protokollardakı faiz və rəqəmlərlə Ali Seçki Qurumunun nəticələri arasında anlamlı bir fərq yoxdur: “Olan fərqliliklər ümumi nəticəni dəyişdirə biləcək keyfiyyətdə deyil. Buna görə də seçkilərin nəticələrini qəbul edirəm”. 15 milyon seçicinin ona səs verdiyini deyən M. İnce qeyd edib ki, bu göstəricini 30 milyona çatdırmaq hədəfi var. M.İnce Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səslənərək deyib: “Hörmətli Ərdoğan, xahiş edirəm artıq bu gündən etibarən AKP-nin sədri kimi davranmayın. 81 milyon əhalinin prezidenti olun. Mənim şüarımdan istifadə etməyi tövsiyə edirəm. Artıq hamımızın prezidenti olun. Bu gərginliyə son qoyun, milləti qucaqlayın”.

DİGƏR XƏBƏRLƏR

Top