Tovuzda intihar edən 9-cu sinif şagirdinin əmisi oğlu danışdı: "Telefonla əlaqəli məsələdir"

Xəbər verildiyi kimi, Tovuz rayonunun Əlimərdanlı kəndində orta məktəb şagirdi intihar edib.

2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Məktəblinin intihar etdiyi xəbəri yayılsa da, onun təfərrüatları barədə məlumat verilməyib.

Yeniavaz.com saytı intihar edən məktəblinin əmisi oğlu Hidayət Yusifovdan bəzi təfərrüatları öyrənməyə çalışıb.

Hidayət Yusifov bildirib ki, məktəblinin intiharının "Mavi balina" oyunu ilə əlaqəli olduğunu eşidib: "Hazırda Heydərin dəfnindəyik deyə baş qarışıqdır. Mənim intiharın səbəbi ilə bağlı eşitdiyim budur ki, "Mavi balina" oyunu ilə bağlı olduğu deyilir. Ancaq bu barədə tam əminliyim yoxdur, sadəcə eşitdiyimiz budur. Mənim bildiyim budur ki, guya telefonla əlaqəli olan bir məsələdir".

Hidayət Yusifovun dediyinə görə, əmisi oğlu sakit təbiətli, ağıllı bir məktəbli olub: "Onun özünü asması xəbərini eşidəndə inanmadıq. Əvvəllər intihara cəhd etməmişdi, yəni ümumiyyətlə belə bir şey olmamışdı. Bu il 9-cu sinifə keçmişdi, çox yaxşı uşaq idi".

Əmisi oğlu deyir ki, Heydər ailənin ilk övladı olub: "Ailədə 2 uşaq idilər, böyüyü Heydər idi. Balaca uşağın 3 yaşı var. Hamı çox böyük sarsıntı keçirib onun intiharından, özümüzə gələ bilmirik. İntiharın səbəbi tam dəqiqliyi ilə yəqin ki, dəfndən sonra - yaxın günlərdə bilinəcək".

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top