Türkiyədə seçki məntəqəsində atışma: İki nəfər ölüb

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində silahlı insident baş verib.

Hadisə Ərzurumun Karaçoban bölgəsindəki səsvermə məntəqəsində baş verib.

Silahlı insident bu gün saat 15:00-da baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisənin baş verməsinə səbəb iki ailə arasında qan davası olub.

İlkin məlumata əsasən, baş verən hadisənin seçki ilə heç bir əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top