OPEK+ ölkələri razılığa gəldi: neft hasilatı 1 milyon barel artırılacaq

OPEK+ ölkələri saziş çərçivəsində neft hasilatını sutkada 1 milyon barel artırmaq barədə razılığa gəliblər. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ekvadorun karbohidrogenlər naziri Karlos Peres deyib. Onun sözlərinə görə, OPEK+ sazişinin iştirakçı ölkələri neft hasilatını artırmaq nəticəsində hasilatın azaldılmasının əvvəlki səviyyəsinə qayıdacaqlar: “Korreksiya hamı arasında mütənasib olaraq 1 milyon barel olacaq. Biz ölkələr üzrə konkret rəqəmləri müzakirə etmədik. Monitorinq komitəsi onları səsləndirəcək. Qeyd edək ki, hasilatın azaldılması haqqında saziş cari parametrlərə qayıdacaq, yəni OPEK ölkələri 2016-cı ilin oktyabrı ilə müqayisədə sutkada 1,2 milyon barel az hasil edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top