Hansı dövlət qurumu büdcədən əlavə vəsait alacaq?

"Şərq-Qərb dəmir yolu dəhlizinin yenidən qurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 mln. manat ayrılması nəzərdə tutulur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Xatırladaq ki, bu gün komitədə "2018-ci il dövlət büdcəsi haqqında qanun"a dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur.

Bundan başqa, nazirin sözlərinə görə, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 mln. manat, təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə 20 mln. manat, turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinə 20 mln. manat, Bakı şəhərinin arxitekturası ilə bağlı yeni layihələrin icrasına üçün isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 9 mln. manat ayrılması nəzərdə tutulur. (report)

DİGƏR XƏBƏRLƏR

Top