Naxçıvanda adambaşına 20 kiloqram ət istehsal olunub

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 52 milyon 123 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Yeniavaz.com Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 8 min 969 tona, süd istehsalı isə 35 min 589,2 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

Açıqlanan son məlumatlara görə Muxtar Respublikada 452 min 800 nəfərin yaşadığı bildirilir. Bu isə o deməkdir ki, 5 ay ərzində Naxçıvanda adambaşına 19,8 kiloqram ət, 78,6 kiloqram süd istehsal edilib.

DİGƏR XƏBƏRLƏR

Top