Zərdabda ağır qəza: 1 nəfər öldü, 5 nəfər yaralandı

Zərdab rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.(Report)

Zerdabcom saytı adlı şəxsin şəkli.

DİGƏR XƏBƏRLƏR

Top