Ən çox məhsul alıb-satdığımız ölkələr

Bu ilin yanvar-may ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 669 milyon dollar (ümumi idxalın 17,3%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. Yanvar-may ayları ərzində bu ölkələrdən müvafiq olaraq 607,2 milyon (ümumi idxalın 15,7%-i) və 393,2 milyon dollarlıq (10,2%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (293,4 milyon dollar), ABŞ (186,7 milyon dollar), Ukrayna (160,6 milyon dollar), İtaliya (129,3 milyon dollar), İran (115,5 milyon dollar), Belarus (104,5 milyon dollar), Böyük Britaniya (91,3 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi bu ilin yanvar-may ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 5 ay ərzində bu ölkəyə 1 milyard 651,5 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 22,4%-i İtaliyanın payına düşüb. Bundan başqa İsrailə 614,9 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 8,3%-i). Həmçinin 562,2 milyon dollar dəyərində məhsul Türkiyəyə satılıb. Tayvana 429 milyon dollar, İndoneziyaya 387,8 milyon dollar, Kanadaya 350,7 milyon dollar, Almaniyaya 324,9 milyon dollar, Çexiyaya 297,6 milyon dollar, Gürcüstana 252,4 milyon dollar, Rusiyaya 250,1 milyon dollar, Portuqaliyaya 238,3 milyon dollar, Hindistana 217,7 milyon dollar, ABŞ-a 201,6 milyon dollar, Fransaya isə 184,5 milyon dollar dəyərində məhsul satılıb.

DİGƏR XƏBƏRLƏR

Top