"İnstagram"dan 60 dəqiqəlik videolar üçün yeni proqram

"İnstaqram" sosial şəbəkəsi 60 dəqiqəlik videol üçün özünün yeni IGTV adlı platformasını təqdim edib.

Yeniavaz.com Technote-yə istinadən xəbər verir ki, IGTV həm "İnstaqram" daxilində aktiv olacaq, həm də ayrıca tətbiq kimi istifadəyə veriləcək. Yeni platformanın ayrıca tətbiq kimi yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağına söz verilib.

IGTV platformasında istifadəçilər məşhur bloqqerlərdən və Instagram ulduzlarından olacaq uzun xronometrajlı videoları izləyə biləcəklər. Onlar həmçinin öz videolarını da bu platformaya yükləyə biləcəklər. Videoları həmçinin şərh etmək və ya hansısa digər istifadəçiyə "Direct" vasitəsilə göndərmək mümkün olacaq.

Beləliklə 1 milyardlıq istifadəçi kütləsi və 60 dəqiqəlik videolar ilə "Instagram" "YouTube" servisinə rəqib olacaq və bununla yanaşı öz videoları ilə nəinki pul qazanmaq istəyən həmdə yeni auditoriya yığmağı nəzərdə tutan yeni istifadəçi kütləsini də cəlb edəcək. Məlumata əsasən fotoservis IGTV platformasında video müəlliflərinə gəlir sistemini təqdim edəcək.

DİGƏR XƏBƏRLƏR

Top