Son 5 ay ərzində xaricdən nə almışıq?

Bu ilin yanvar-may ayları ərzində ölkəyə 3 milyard 855,3 milyon dollarlıq mal idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən 5 ay ərzində 549,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 84,1 milyon dolları buğdanın, 76,4 milyonu meyvə-tərəvəzin, 9,8 milyon dolları şəkərin, 65,7 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların, 36,3milyon dolları isə kərə yağı və süddən hazırlanan digər yağların payına düşüb.

Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin yanvar-may ayları ərzində müvafiq olaraq 47,9 və 106 milyon dollar ödənilib.

Ərzaq məhsulları ilə bərabər ilin ilk 5 ayında 923 milyon dollarlıq maşın, mexanizm, elektrik aparatları və onların hissələri, 432,5 milyon dollarlıq qara metallar və onlardan hazırlanan məmulatlar, 334,4 milyon dollarlıq nəqliyyat vasitələri və onların hissələri gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top