DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı AÇIQLAMA

Lerik rayonunda məktəblinin zorlanması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunmayıb.

Bunu açıqlamasında nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, məktəblinin zorlanması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“İddia olunan faktla bağlı DİN-in Lerik rayon Polis Şöbəsinə və digər aidiyyəti sutrukturlara heç bir bir müraciət daxil olmayıb”.

Orxan Mansurzadə qeyd edib ki, məktəblinin zorlanmasında adı hallanan şəxsin evinə kənd camaatının hücum etməsi ilə bağlı yayılan məlumatlar da dezinformasiyadır.

Qeyd edək ki, Lerik rayonunda VII sinif şagirdinin zorlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

(Oxu.Az)

DİGƏR XƏBƏRLƏR

Top