İlk 5 ayda xarici ölkələrə nə satmışıq?

Bu ilin yanvar-may ayları ərzində xarici ölkələrə ən çox xam neft ixrac olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 5 milyard 921,8 milyon dollar dəyərində 11,8 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 80,3%-ni təşkil edib.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 498,8 milyon dollar (ümumi ixracın 6,8%-i) təşkil edib. Təbii qazla bərabər xarici ölkələrə neft məhsulları da ixrac edilib ki, onu da dəyəri 267,6 milyon dollara (ümumi ixracın 3,6%-i) bərabər olub.

Nəticədə ixracın 90,7 %-ini neft, qaz və neft məhsulları təşkil edib ki, ötən ilin ilk 5 ayında bu göstərici 87,2% olub.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir.

Bu ilin ilk 5 ayında xarici ölkələrə 189,8 milyon dollar dəyərində meyvə-tərəvəz, 57,9 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 59 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 28,3 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 9,7 milyon dollarlıq şəkər, 23,7 milyon dollarlıq kimya sinayesi məhsulları, 53,3 milyon dollarlıq elektrik enerjisi, 7,5 milyon dollarlıq pambıq iplik satılıb.

Pampıq ipliklə bərabər pambıq lifi də əsas ixrac məhsulları arasına daxil olub. Bu ilin ilk 5 ayında xarici ölkələrə 25,9 milyon dollar dəyərində pambıq lifi ixrac edilib.

DİGƏR XƏBƏRLƏR

Top