Xaricdən gətirilən avtomobillərin sayı dəfələrlə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7 min 294 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 4 min 637 ədəd və yaxud 2,7 dəfə çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 1 ədəd və yaxud 2,8% artaraq 37-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4 min 224 ədəd və yaxud 2,9 dəfə artaraq 6 min 464-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 396 ədəd və yaxud 2,1 dəfə artaraq 743-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16 ədəd və yaxud 47% artaraq 50-yə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top