Xarici ticarətdə müsbət saldo kəskin artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 11 milyard 225 milyon 878,2 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2017-cı ilin yanvar-may ayları ilə müqayisədə 54,5% və ya 3 milyard 958,9 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 3 milyard 855,3 milyon dollar, ixrac əməliyyatları üzrə 7 milyard 370,5 milyon dollar ticarət həcmi qeydə alınıb. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 36,8%, ixracın həsmi isə 65,6% artıb. 2018-ci ilin yanvar ayında ticarət dövriyyəsində 3 milyard 515 milyon dollarlıq müsbət saldo yaranıb və əvvəlki ilin yanvar-may ayına nisbətən 2,1 dəfə şox olub.

DİGƏR XƏBƏRLƏR

Top