Avropadan ABŞ-a 3 milyard avroya yaxın cavab tədbiri​

Avropa Komissiyası ABŞ-dan Avropa İttifaqı ölkələrinə ixrac üzrə əlavə rüsumlar tətbiq edir. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu, Brüsselin Vaşinqtonun ticarət məhdudiyyətləri tətbiq etməsinə cavab olacaq və 2,8 milyard avro məbləğində olan mallara şamil ediləcək. Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər polad və alüminium məhsullarının, eləcə də kənd təsərrüfatı mallarının idxalına aid ediləcək. Xatırladaq ki, ABŞ martın sonunda polad tədarükünə 25 faiz və alüminium tədarükünə 10 faiz həcmində idxal rüsumu tətbiq edib. Vaşinqton bunu milli təhükəsizlik düşüncəsi ilə bağlı əsaslandırıb.

DİGƏR XƏBƏRLƏR

Top