Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Rozanın geri qaytardığı maşına nə oldu?

20.06.2018 14:39

“Bilirsiz ki, şounun finalından sonra “MG”nin əməkdaşları bayram tətilinə ayrıldı. Mən elə bilirdim ki, maşının aqibəti 10-15 günə həll olunacaq. Amma 1 ay, 1 ay yarım ərzində “MG”nin rəhbəri Murad Dadaşov tərəfindən açıqlama veriləcək. Maşının həlli barədə məsləhətləri bərabər aparacağıq”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi layihəni ərsəyə gətirən “MG” Pordakşınla danışıqlar apardığını bildirib:

“Müqaviləyə əsasən, mən maşını nə sata, nə kiməsə hədiyyə verə, nə də xeyriyyə məqsədi ilə istifadə edə bilərdim. Ya maşının aqibəti üçün “Nissan”a, ya da “MG”yə müraciət etməli idim. Murad Dadaşov mənə daha yaxın olduğu üçün onlara həvalə etdim. Bu il həmçinin Dadaşovun rəhbər olduğu prodakşının 15 illiyidir.

Mənə elə gəlir ki, yubiley tədbiri ərəfəsində avtomobilin aqibəti həll olunacaq. Məgər maşının aqibəti insanları o qədərmi narahat edir? Qalib mənəm, mən də bildiyim kimi addım atdım. Onun aqibətinin nə olacağı barədə mən həyəcan keçirməliyəm. İnsanlar niyə narahat olur?”

Oxundu 872