Şengen vizasının qiyməti dəyişdirilir

Avropa İttifaqı (Aİ) Şengen vizasının qiymətinin artırılmasına doğru ilk addım atıb. Yeniavaz.com-un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, vizanın qiymətinin 80 avroyadək artırılacağı gözlənilir. Aİ səfirləri iyunun 19-da Aİ Şurası adından viza məcəlləsinə dəyişikliklər edilməsi təklifi üzrə danışıqlar üçün mandatı qəbul ediblər. Yeni qaydalara əsasən, viza ərizələrini səfərə başlamazdan əvvəl 15 gündən gec olmayaraq və altı ay müddətinə yerləşdirmək mümkün olacaq. Həmçinin, ərizələri elektron qaydada doldurmaq imkanı var.

DİGƏR XƏBƏRLƏR

Top