Biznesmen, direktor, polis... - Sağ qalan Milli Qəhrəmanlarımız hardadılar? - SİYAHI

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərdən 215 nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Milli Qəhrəmanlardan yalnız 17 nəfəri sağdır. Bəs onlar hazırda hansı işlərlə məşğuldular, harda işləyirlər? Yeniavaz.com saytı sağ olan Milli Qəhrəmanlarla bağlı məlumatları təqdim edir.

1. Maşallah Abdullayev - Hazırda şəxsi təsərrüfatı ilə məşğuldur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədridir.

2. Bəxtiyar Allahverdiyev - 1997-ci ildə "N" saylı hərbi hissəyə taqım komandiri təyin edilib. 2000-ci ildə ordudan tərxis olunub. 2001-ci ildə işləyə-işləyə Polis Akademiyasında təhsil alıb. Hazırda İsmayıllı rayonunda sahə müvəkkili vəzifəsində çalışır.

3. Rövşən Əkbərov - General-leytenant 2011-ci ilin fevralından Şəmkir korpusunun komandiridir.

4. Vahid Quliyev - 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub. Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

5. Şahin Tağıyev - Hazırda Qarabağ Azadlığ Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.

6. Fəxrəddin Cəbrayılov - 1996-cı ildən Qaradağ rayonunda Hərbi Komissarlıqda çalışıb.

2013-cü ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilib. Hazırda bu sahədə çalışmır.

7. Ehtiram Əliyev - 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Hazırda Bakı Beynəlxalq və Şəhərlər arası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

8. Məhəmməd Həsənov - 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib və hazırda təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışır.

9. Şükür Həmidov - N saylı hərbi hissədə xidmət edir.

10. Mədət Quliyev - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenantdır.

11. Mirzə Quliyev - Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir. Qəhrəmanımız hazırda polis kapitanı rütbəsi ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.

12. Fariz Mədətov - 1996-cı il ordudan tərxis olunub və Yevlax rayon Polis İdarəsində çalışmağa başlayıb. Hazırda Yevlax Rayon Polis İdarəsində işləyir.

13. Məmmədov Mövsüm - 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölük komandiri təyin edilib. 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirib. Polis mayorudur, Şuşa Rayon Polis Şöbəsində çalışır.

14. Sahil Məmmədov - 1994-cü ildən DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor çalışır.

15. İntiqam Atakişiyev - 1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib. Polkovnik-leytenant İntiqam Atakişiyev hazırda Sərhəd Qoşunlarında xidmət edir.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top