Milli Məclisin son plenar iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.

Növbəti – son iclas iyunun 29-a təyin olunub. İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top