Zəhərlənən pambıqçıların vəziyyəti necədir?



İmişlidə pambıq sahəsində baş verən zəhərlənmə ilə əlaqədar rayon xəstəxanasında hazırda 12 nəfər qalıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. O qeyd edib ki, hazırda həmin şəxslərin vəziyyəti stabildir: “Onların müalicə və müayinələri davam edir. Hələlik vəziyyətlərinin pisləşməsinin səbəbi bilinmir. Analizlərin nəticəsində hər şey aydın olacaq. Saatlı xəstəxanasından Bakıya gətirilən pambıqçılar da artıq evlərinə buraxılıb”.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top