“Qazprom”un aktivləri dondurulacaq

London kommersiya məhkəməsi Rusiyanın "Qazprom" şirkətinin Böyük Britaniya əeazisindəki aktivlərini dondurmağa icazə verib.

Bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin saytında dərc olunmuş məlumatda bildirilir.

"Naftoqaz"dan bildirilib ki, aktivlərin dondurulması "Qazprom"un 2,6 mlrd. dollarlıq ödənişinə dair Stokholm arbitraj məhkəməsinin qərarının təmin edilməsi üçün gərəkdir.

Məlumata görə, məhkəmə qərarından sonra "Qazprom" İngiltərə və Uels ərazisindəki aktivlərinin siyahısını iki gün ərzində "Naftoqaz"a təqdim etməlidir.

"Naftoqaz" həmçinin "Qazprom"la çalışan 17 banka müraciət edərək, qaydaları pozacaqları təqdirdə cərimə olunacaqları ilə bağlı xəbərdarlıq edib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top