Misir yığmasının məğlubiyyəti baş məşqçinin istefasına səbəb oldu

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən "Əl-Vatan" qəzeti yazıb.

Bildirilir ki, MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.

Görüş iyunun 25-də Volqoqradda baş tutub.

Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olublar.(Report)

DİGƏR XƏBƏRLƏR

Top