Azərbaycanda itkin gəlin və qızı tapılıb

Qusar rayonunda itkin düşən ana və azyaşlı qızı tapılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Sveta Əskərova və 7 yaşlı qızı rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Qusarın Xürel kənd sakinləri Əsgərova Sveta Arif qızı və azyaşlı övladı Əsgərova Əminə Elmar qızı iyunun 7-də itkin düşmüşdü.

Rayonun Xürel kəndində yaşayan Elmar Əskərov Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həyat yoldaşı 26.03.1988-ci il təvəllüdlü Qusar Mərkəzi rayon Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşməsi barədə məlumat vermişdi.

(AZƏRTAC)

DİGƏR XƏBƏRLƏR

Top