2017-ci ilin yekunları üzrə rusiyalı dollar milyonçuların sayı 4 faiz artıb, onların sərvəti isə 5,2 faiz çoxalıb. Yeniavaz.com-un "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə "Capgemini" beynəlxalq konsaltinq şirkətinin araşdırmasında deyilir.
Bildirilir ki, Rusiya milyonçuların sayı üzrə reytinqdə 15-ci yeri tutub.
Ötən ilin yekunları üzrə onların sayı 189,5 min nəfər olub.
Dünyada dollar milyonçuların sayı üzrə lider ABŞ-dır (5,285 milyon nəfər). İkinci və üçüncü yerləri müvafiq olaraq Yaponiya (3,162 milyon nəfər) və Almaniya (1,365 milyon nəfər) tuturlar.