Deputat toxunulmazlığı ləğv edildi - Erməni general həbsə gedir

Deputat toxunulmazlığı ləğv edildi

Ermeni general Manvel Qriqoryanın deputat toxunulmazlığı əlindən alınıb.

Ermənistan parlamenti bu gün baş tutan növbədənkənar iclasında ölkənin baş prokurorunun Qriqoryana qarşı cinayət təqibinin başladılması və onun həbsi ilə bağlı vəsatətini təmin edib.

Gizli səsvermədə 82 deputat iştirak edib. Onlardan 77-si qərarın leyhinə səs verib.

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti iyunun 16-da deputat, general-leytenant Manvel Qriqoryanı saxlayıb. O, hərbçilərə aid silah və ərzaq məhsullarını mənimsəməkdə ittiham edilir.

(“Qafqazinfo”)

DİGƏR XƏBƏRLƏR

Top