Nazir: Kılıçdaroğlunu 28 min nəfər qoruyub

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankaradan İstanbula ədalət yürüşünə çıxarkən onu 28 min nəfər mühafizə edib. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib: “Kılıçdaroğlu Türkiyə təhlükəsiz ölkə deyil, bura gəlməyin dedi. Ankaradan İstanbulda yürüyüş edirdi. Bir təhlükəsizlik boşluğu və çatışmazlığı oldumu? Kılıçdaroğlunu neçə nəfərlə qoruduğumuzu bilirsinizmi? 28 min nəfərlə. Bu rəqəmi heç kimsə bilmir. Bu bizim vəzifəmizdir. Biz vəzifəmizi icra edirik”.

DİGƏR XƏBƏRLƏR

Top