Kosmetoloqdan bağlanan obyekti barədə açıqlama - Yenilənib - VİDEO

Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetoloq Elnarə Razyevanın mərkəzi bağlanıb.

Zərərçəkimşlərin vəkili Toğrul Allahyarov bildirdi ki, mərkəzin bağlanmasından bu gün xəbər tutub.

T.Allahyarov bildirdi ki, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. Vəkilin sözlərinə görə, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyü və qeyri-yaşayış sahəsinin icarə elnanı verilməsinin şahidi olub:

''Elnarə Rzayeva 3 ilə yaxın ''LA sisters'' mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra LA sisters rəhbərli tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub. Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür, son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam''. Məsələ ilə bağlı E.Rzayevanın mövqeyini öyrənmək mümkün olmadı. (criminal.az)

15:30***

Kosmetoloq Elnarə Rzayeva mövzu ilə bağlı açıqlama verərək yayılan xəbəri təkzib edib:

“Biz Səməd Vurğun 92-də fəaliyyət göstəririk. Xəbərdə deyilən ünvanı öz istəyimizlə bağlamışıq. Biz təzə ünvana köçən gündən oranı təhvil vermişik və bu, mart ayında baş verib. Yəni, kollektiv olaraq yeni mərkəzə köçdük. Digər məkan boş qaldığı üçün bağladıq, həmin gündə təhvil verdik. Yazırlar ki, guya bağlamışıq, mən də qaçmışam. Bunlar qərəzli şəkildə yayılan məlumatlardır”. (Qafqazinfo)

klinika

DİGƏR XƏBƏRLƏR

Top