Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Gürcüstandan gətirilən avtomobillər ucuzlaşdı

19.06.2018 14:21

Bu ilin yanvar-may ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 162,7 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2,6 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin ilk 5 ayı ərzində Gürcüstandan Azərbaycana 63,4 milyon dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 2-ci ölkə olub.

Cari ilin ilk 5 ayında Gürcüstanın ümumi ixracının 12,7%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerdə Rusiya (ilk 5 ay ərzində 171 milyon dollar gəlir.

Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında növbəti yerlərdə Türkiyə (136 milyon dollar), Ermənistan (97,2 milyon dollar), Bolqarıstan (96,7 milyon dollar) və ABŞ (65,5 milyon dollar) gəlir.

Gürcüstandan Azərbaycana 30,6 milyon dollarlıq tütün məhsulları gətirilib

Bu ilin yanvar-may ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 54,1 milyon dollar dəyərində 2786 ədəd avtomobili gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 5 dəfə və ya 2230 ədəd artıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən ümumi vəsaitin həcmi isə 3,7 dəfə və ya 39,7 milyon dollar artıb. Belə ki, 2017-ci ilin ilk 5 ayında 556 avtomobil üçün 14,1 milyon dollar ödənilib. Bu isə o deməkdir ki, ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin orta qiyməti 25,9 min dollar olduğu halda, bu ilin yanvar-may aylarında 25,1% ucuzlaşaraq 19,4 min dollar təşkil edib.

Avtomobillərdən əlavə yanvar-may ayında Gürcüstandan Azərbaycana 30,6 milyon dollarlıq tütün məhsulları, 13,8 milyon dollarlıq dərmanlar, 5,8 milyon dollarlıq heyavan ixrac olunub.

Gürcüstana ən çox hansı ölkələr məhsul satır?

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 5 ayında Azərbaycandan 267,7 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 20,5% və 45,6 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 5 ay ərzində Türkiyədən 578,8 milyon dollar, Rusiyadan 377,2 milyon dollar, Çindən isə 340 milyon dollar dəyərində məhsul idxal edib.

Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Ukrayna (195,9 milyon dollar), Almaniya (170 milyon dollar), ABŞ (134,3 milyon dollar), Fransa (118,1 milyon dollar) və Ermənistan (117,9 milyon dollar) gəlir.

5 ayıda Gürcüstanın xarici ticarət dövriyyəsi 4 milyard 895,6 milyon dollar olub

Məlumat üçün onu da qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 milyard 895,6 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 24,5% çoxdur.
Qonşu ölkənin ixracı 28% artaraq 1 milyard 284,7 milyon dollar, idxal isə 23,4% artaraq 3 milyard 610,9 milyon dollar təşkil edib.

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 14,1%-i), ferroərintilər (11,8%) və minik avtomobilləri (9,7%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 9,2%-i) ilə minik avtomobilləri (6%) olub.

Oxundu 688