Ankaradan ABŞ-a F-35 cavabı: alternativlər tapacağıq

Rəsmi Ankara ABŞ Senatının Türkiyəni beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin istehsalı proqramından çıxartmaq qərarı ilə bağlı alternativlər tapacaq. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, bu, hadisələrin uğursuz inkişafıdır: “Lakin Türkiyə alternativsiz qalmayacaq”. B. Yıldırım qeyd edib ki, Vaşinqtonun bu cür addımları təəssüf doğurur və strateji tərəfdaşlıq ruhuna ziddir. Xatırladaq ki, daha əvvəl Amerika Senatının qəbul etdiyi müdafiə büdcəsi layihəsi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq planlarına görə Türkiyənin F-35 istehsalı proqramından iştirakının dayandırılmasını nəzərdə tutur.

DİGƏR XƏBƏRLƏR

Top