Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir. Bu barədə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq. (APA)

DİGƏR XƏBƏRLƏR

Top