Pambıq sahəsində daha bir kütləvi zəhərlənmə - Sayları 80-ni keçib - Yenilənib

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi Rayon Xəstəxanasının Terapiya, digər qismi də İnfeksion şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

13:57***

Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib.

İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İmişli Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur.

Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istifadə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub.

Kənd Təsəürrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər. (Virtualaz.org)

13:21***

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib. Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".(Report)

DİGƏR XƏBƏRLƏR

Top