Dostları ilə çimməyə gedən 16 yaşlı gənc Kür çayında batıb.
Yeniavaz.com xəbər verir ki, bədbəxt hadisə Yevlaxın Çənlibel kəndi ərazisində baş verib.
Rayon sakini Ceyhun Əlili 4-5 nəfər həmyaşıdı ilə Kür çayına çimməyə gəlib.
Bir müddət çayda çimdikdən sonra çayın dərin yerində boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
16 yaşlı Yevlax sakinin axtarışları davam edir.
Qeyd edək ki, Ceyhun Əlili ailənin ikinci övladıdır.
Esmira Hidayətova, Yevlax