Hər iki saniyədə bir nəfər evini tərk etməyə məcburdur

2017-ci il ərzində bütün dünya üzrə 68 milyondan çox insan hərbi münaqişələr, zorakılıq aktları və təqiblər səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarın İdarəsinin məlumatında deyilir. Təşkilatın dərc etdiyi məruzədə bildirilir ki, ötən il dünyada müharibələr, zorakılıq və təqiblər rekord sayda kişi, qadın və uşağı öz evini tərk etməyə vadar edib: “Bu göstərici son 10 ildə təqribən 1,5 dəfə artıb və BMT-nin bu cür hesabat apardığı dövrdən bəri ən yüksək rəqəmdir. Dünyada orta hesabla hər iki saniyədə heç olmasa bir nəfər öz evini tərk etməyə məcburdur. Əsas etibarı ilə bu, inkişaf etməkdə olan ölkələrə aiddir”. Qeyd olunur ki, göstəricinin təqribən üçdə ikisini Suriyadan (6,3 milyon nəfər), Əfqanıstandan (2,6 milyon), Cənubi Sudandan (2,4 milyon), Myanmadan (1,2 milyon) və Somalidən (986 min) olan qaçqınlar təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top