Rusiya XİN: Qərb bizi aldatdı

Rusiya soyuq müharibənin sonunda Qərb ölkələrinə tam açıldı, lakin onlar cavab olaraq Rusiyanı aldatdılar. Yeniavaz.com-un TASS agentiyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib: “Biz Qərb üçün tam olaraq açıldıq. Ona görə yox ki, bizə qalib gəldilər. Bunu biz özümüz etdik, heç kəs bizə soxulmayıb. Qorbaçov sadəcə olaraq silahlanma yarışmasına son qoymaq istəyib. O, soyuq müharibəni qurtarmaq istəyirdi. Və biz sizə açıldıq və aldanıldıq. Siz bizi tikanlı məftillərlə hasarladınız”.

DİGƏR XƏBƏRLƏR

Top