Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Azərbaycanda ana və körpə qızı yoxa çıxıb

19.06.2018 11:00

Qusar rayonunda ana və azyaşlı qızı itkin düşüb. Rayonun Xürel kəndində yaşayan Elmar Əskərov Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həyat yoldaşı 26.03.1988-ci il təvəllüdlü Qusar Mərkəzi rayon Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində ana və azyaşlı qızını tapmaq mümkün olmayıb.

Evdən çıxarkən S.Əskərovanın əynində qara rəngdə şalvar, yaşıl rəngdə uzunqol köynək, qızı Ə. Əskərovanın əynində isə göy rəngdə cins şalvar, qırmızı rəngdə uzunqol köynək və qırmızı rəngli idman ayaqqabısı olub.

Əskərova Sveta Arif qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçları, gözlərinin rəngi qəhvəyidir.
Əskərova Əminə Elmar qızının əlamətləri: boyu 125 sm, arıq bədən quruluşlu, yumru sifət, şabalıdı rəngdə saçlı, gözlərinin rəngi qonur.
İtkin düşən ana və azyaşlı qızı barədə məlumatı olan şəxslərdən Qusar RPŞ-nə (023338) 5-28-03, 5-28-35, 5-43-19, Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə məlumat verməsi xahiş olunur. (APA)

Oxundu 145