David de Xea dünyanın ən bahalı qapıçısı ola bilər

İngiltərənin "Mançester Yunayted" klubunun və İspaniya milli komandasının qapıçısı David de Xea dünyanın ən bahalı qolkiperi ola bilər.

"Marca"nın məlumatına görə, "qırmızı şeytanlar"la yeni müqavilə şərtlərində 27 yaşlı oyunçunun illik əmək haqqı 21 milyon avro göstərilib. Artıq onunla klub arasında razılıq əldə olunub. 5 illik rəsmi müqavilə Rusiyadakı dünya çempionatından sonra bağlanılacaq.

Hazırda dünyanın ən bahalı qapıçısı Almaniya "Bavariya"sında çıxış edən Manuel Noyerdir. Noyerin illik maaşı 15 milyon avronu keçmir.

Qeyd edək ki, David de Xea "Mançester Yunayted"də 2011-ci ildən çıxış edir. O, ötən mövsüm klubunun heyətində meydana çıxdığı 45 oyundan 22-də qapısını toxunulmaz saxlayıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top