Türkiyə ordusu PKK-nın 9 terrorçusunu məhv edib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap, Avaşin-Basyan ərazilərinə, habelə Hakkari vilayətinə, Çukurçaya hava zərbələri endirib. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri nəticəsində PKK-nın 9 terrorçusu məhv edilib. Zərbələr zamanı həmçinin terrorçuların sığınacağı və silah anbarı da məhv edilib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top