Tramp yeni qoşun növü qurur - DÜNYADA İLK DƏFƏ

ABŞ Prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinin tam dəyərli növü qismində kosmik qüvvələrin yaradılması haqqında göstəriş verib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu D. Tramp Ağ evdə Milli Kosmik Şuranın üzvləri ilə görüşdə deyib. O bildirib: "Amerika üçün kosmosda varlığını sadəcə qorumaq kifayət etmir. Biz kosmosda hökmranlıq etməliyik. Bu, çox vacibdir, buna görə də Müdafiə Nazirliyinə birbaşa göstəriş verirəm ki, ölkə Silahlı Qüvvələrinin altıncı növü qismində kosmik qüvvələrin yaradılması prosesinə dərhal başlasın". Amerika Prezidenti qeyd edib ki, kosmik qüvvələr silahlı qüvvələrin müstəqil növü kimi təmsil olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top