Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

İDMAN

"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa Liqasındakı rəqiblərinin sayı azalıb

19.06.2018 00:32

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ", "Neftçi" və "Keşlə"nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Hər 3 komanda püşkatma zamanı daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alacaq. "Qəbələ"nin mümkün rəqibləri Lüksemburqun "Proqres" (Niderkorn), Bosniya və Herseqovinanın "Şiroki Briyeq", Makedoniyanın "Şkupi", Litvanın "Ştumbras" və Slovakiyanın "Dunayska Streda" klubları olacaq.

"Neftçi"yə "Buduçnost" (Podqoritsa, Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtredia" (Gürcüstan) və ya "Rasinq Union" (Lüksemburq) ilə üz-üzə gələcək.

"Keşlə" isə "Milsami" (Orxey, Moldova), "Rudar" (Plevliya, Monteneqro), "Riqa" (Latviya), "Honved" (Budapeşt, Macarıstan) və ya "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq.

Ümumilikdə 47 cütün formalaşdırılacağı I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək. Bu mərhələnin qaliblərinə növbəti raundda daha 27 komanda qoşulacaq. Nəticədə Avroliqada II təsnifat mərhələsi üçün 37 cüt formalaşdırılacaq. Oyunlar isə iyulun 26-da və avqustun 2-də keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 20-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. (Report)

Oxundu 210